Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan uğurla inkişaf edir

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan uğurla inkişaf edir
  • Cəmiyyət

  • Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu müstəqil Azərbaycan dövlətinin çiçəklənməsində, dirçəlməsində, müstəqil, suveren dövlət kimi bərqərar olunmasında məhz Prezident İlham Əliyevin fəaliyyətləri danılmazdır.
             
    Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun yeganə düzgün yol olduğunu dərk edən xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə bu siyasətin layiqli davamçısı kimi cənab İlham Əliyevi dəstəkləyərək onu özünə yeni Prezident seçdi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başladı. Prezident kimi fəaliyyətə başlayan cənab İlham Əliyev andiçmə mərasimində ona göstərilən etimada görə xalqa minnətdarlığını bildirərək, Heydər Əliyev siyasətinə sadiq qalacağını bir daha bəyan etdi: “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.
             
    Cənab İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, milli maraqlara söykənən daxili və xarici siyasəti qısa müddətdə ona xalq arasında böyük rəğbət, sonsuz inam və etibar qazandırdı. 
    Bu sadalanan keyfiyyətlərinə görə xalqımız 2008, 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərində də cənab İlham Əliyevi öz müstəqil dövlətinə yenidən rəhbər seçdi.  
             
    Prezident İlham Əliyev iyirmi illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri  yerinə yetirib. Bu illər ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub.Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, müasir Ordumuz yaradılıb, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.Bu gün Azərbaycan dövləti öz suverenliyini bərpa edən dövlətdir.  30 ilə yaxın Azərbaycan torpaqları düşmən işğalında qalmışdır. Beynəlxalq təşkilatların vasitəçiliyinə baxmayaraq məsələ öz həllin tapmır və düşmənin təxribatları hər gün daha da artırdı.  Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 2020-ci il 27 sentyabrda Azərbycan öz torpaqlarını azad etmək üçün müharibəyə başladı. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər edirdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi.  44 gün davam edən Qarabağ müharibəsi Azərbaycanın böyük qələbəsi ilə yekunlaşdı.

    Azərbaycanın qəhrəman, igid oğulları işğal altında olan torpaqlarımızı öz qanı, canı bahasına düşmən tapdağından azad edib, düşmənə ağır zərbələr endirmiş oldular. Müharibənin sonunda üçtərəfli bəyanat imzalandı. Bəyanatdakı müddəa əsasən, ermənistan öz qoşunlarını torpaqlarımızdan çıxarmalı idi, lakin düşmən yenə bəyanatın bu müddəasına məhəl qoymur, müxtəlif təxribatlar törədirdilər. 2023-cü il 19 sentyabrda 23 saat davam edən antiterror əməliyyatı  Azərbaycanın yeni  qələbəsi ilə yekunlaşdı, düşmən silahlıları ölkədən çıxarıldı. Bu əməliyyat nəticəsində Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri tamamilə azad olundu.  30 ildən sonra Azərbaycan öz suveren ərazisini bərpa etdi. İndi  torpaqlarımızın hər qarışında Azərbaycan bayrağı dalğalanır. Bütün bunlar Prezident İlham Əliyevin yeritdiyi daxili, xarici siyasətin nəticəsidir ki, ölkəmiz yalnız öz ərazi bütövlüyünü təmin etmədi, eləcə də bütün dünyaya ölkəmizin gücünü, qüdrətini göstərmiş oldu.Bu gün ölkəmiz dünyada öz sözünü deyən və heç bir kənar təzyiqlərə baxmayaraq öz istədiyini yeridən, dünyada söz sahibi olan qalib dövlətdir.
         
    Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir, Qarabağda bərpa-quruculuq fəaliyyəti tam gücü ilə davam edir və sosial proqramlar həyata keçirilir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan tezliklə Qarabağı cənnətə çevirəcək və öz ata-baba yurdlarından didərgin düşən keçmiş məcburi köçkünlər təhlükəsiz şəkildə evlərinə əbədi olaraq qayıdacaqlar.



    Əntiqə Tağıyeva,
    Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru

    PAYLAŞ:

    Oxşar xəbərlər