Məlum olduğu kimi, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə 17 Oktyabr – Füzuli Şəhəri Günü elan edilmişdir. Düz 3 il əvvəl məhz bu gün Füzuli şəhəri düşmən əsarətindən azad edilmişdir. Bu əlamətdar hadisə təkcə dahi şairin adını daşıyan rayonun sakinlərində deyil, ölkəmizin hər bir vətəndaşının qəlbində böyük ruh yüksəkliyi və coşqu yaratmışdır.
Üç il əvvəl işğalçı Ermənistanın təxribatlarına cavab olaraq, Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il 27 sentyabr tarixində Vətən müharibəsi başlanmışdır. Bu gün qürur hissilə deyə bilərik ki, döyüşlərin ilk günündən igid əsgər və zabitlərimiz doğma torpaqlarımızın azadlığı uğrunda böyük şücaətlər və qəhrəmanlıqlar göstərmişdir.
Füzuli rayonunun azad edilməsi uğrunda savaş Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq istiqamətində apardığı ən əhəmiyyətli döyüşlərdən biri kimi tarixə düşmüşdür. Hərbi ekspertlər bildirirlər ki, döyüşlərin ilk saatlarından Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarıl¬ması ordumuza strateji üstünlüklər vermişdir.
Bununla belə bir həqiqəti söyləmək lazımdır ki, Füzuli uğrunda savaş Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Belə ki, bu ərazidə
30 il ər¬zində düşmən cəbhənin təmas xəttində möhkəm istehkamlar qurmuşdu. Bir çox¬ları Füzulini işğaldan azad etmək üçün həftələrlə, bəlkə də aylarla vaxt lazım olacağını düşünürdü.
Azərbaycan əsgəri Vətən torpaqları naminə bütün maneələri ildırım sürətilə keçməyə qadir olduğunu bir daha sübut etdi. Dünya şokda idi. Yeri gəlmişkən, ordumuz Şuşada da düşmənə və bütün dünyaya belə bir şoku yenidən yaşada¬caqdı...
Bəli, Azərbaycan Ordusu bu is¬tiqamətdə yüksək peşəkarlıq və döyüş əzmi nümayiş etdirərək, 2020-ci il oktyab-rın 17-də Füzuli şəhəri daxil olmaqla, rayonun Qoçəhmədli, Çimən, Cuvar¬lı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndlərini işğaldan azad etdi. Bir daha vurğulamaq istəyirik: Bu tarixi qələbə 44 günlük şanlı savaşın gedişatında həlledi¬ci mərhələlərdən biri idi!
Xatırladaq ki, Füzuli şəhəri və rayo¬nun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Ermənistanın si¬lahlı qüvvələri ilə mübarizədə 663 nəfər şəhid olmuş, 181 nəfər əsir və itkin düşmüşdür.
5 yanvar 1994-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində Füzuli rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olun¬muşdur. Füzuli rayonunda işğaldan əvvəl 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri mövcud olmuşdur.
Hazırda rayonun əhalisi təxminən 144 min nəfərdir. Məlumat üçün bildirək ki, Füzuli rayonu bərəkətli əkin torpaqlarına malikdir. Ərazidəki Quruçay,
Köndələnçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır. Burada aqrar sahənin intensiv inkişafı üçün əlverişli şərait mövcuddur.
Hörmətli oxucular! Sizin üçün bu faktın da maraqlı olacağını düşünürük. Belə ki, Füzuli şəhərinin bünövrəsi hələ 1827-ci ildə qoyulmuşdur. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində dahi şair Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə rayonun adı dəyişdirilərək Füzuli adlandırılmışdır.
İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar. Düşmən rayonun tarixi-mədəniyyət abidələrinin bir qismini vandalcasına dağıtmışdır.
Deyirlər ki, haqq nazilər, üzülməz. Azərbaycan xalqı, təbii ki, heç vaxt doğma Qarabağın işğalı ilə barışa bilməzdi. Bu mənəvi-psixoloji məqam ağır döyüş¬lərdə də özünü göstərdi. Füzuli uğrunda döyüşlərdə Milli Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdır. Bu gün bütün dünya etiraf edir ki, Azərbaycan Ordusu hazırda yüksək döyüş qabiliyyətinə və texniki təminata malikdir.
2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edilmişdir. Prezident İlham Əliyevin sərəncamı ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25 min 301 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Bu gün Füzuli rayonu və onun yaşayış məntəqələri yenidən qurulur. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş, 2022-2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Böyük Qayıdışa dair I Dövlət Proqramı” böyük uğurla həyata keçirilir.
Cəmi 9 ayda Füzuli Beynəlxalq Hava Limanı inşa edilərək istifadəyə verilmişdir. Bu mühüm obyektin açılışı mərasimində Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iştirak etmişlər.
Son vaxtlar rayonun ərazisində çox sayda bağça, məktəb, xəstəxana tikilmiş, bir-birindən rahat yollar, yaraşıqlı parklar salınmış, yaşayış kompleksləri ucaldılmışdır. Bu istiqamətdə layihələrin icrası davam etdirilir. Füzuli rayonu sakinlərinin bir qismi artıq doğma yurd yerlərinə qayıtmışdır.
Ülvi Rufullayev,
Binə Xocavar kənd tam orta məktəbi