Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 15-də mətbuata bəyanatlarla çıxış ediblər. Əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi. Cənab İlham Əliyev əvvəlcə Pakistan İslam Respublikasının Baş nazirini və qonaqları salamladı, onlara xoş gəlmisiniz dedi. Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Baş nazirinə qardaşım adlandıraraq, onun Azərbaycana səfərindən çox şad olduğunu dedi. Sonra o qeyd etdi ki, bizim münasibətlərimiz iki qardaş ölkə arasında olan münasibətlərdir. Bizim Baş nazirlə təmaslarımız müntəzəmdir. Mən minnətdaram ki, cənab Baş nazir dəvətimi qəbul edib və ölkəmizə rəsmi səfərə gəlib. Ölkələrimiz arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Biz Pakistana minnətdarıq ki, işğal dövründə Azərbaycana dəstək verib və 44 günlük Vətən müharibəsi zamanı da bizə güclü dəstək göstərib. Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir və bu, məhz işğal səbəbindən baş vermişdir. Bu isə qardaş ölkə mövqeyidir, buna görə mən minnətdaram.
Pakistan İslam Respublikasının Baş nazirinə Azərbaycan və Ermənistan arasında sülh sazişi üzərində hazırda gedən danışıqlarla bağlı məlumat verən Prezident qeyd etdi ki, bu sazişin imzalanmasının perspektivləri var, sadəcə olaraq, Ermənistan siyasi iradə nümayiş etdirməlidir və artıq rəsmi olaraq bəyan etdiklərini kağız üzərində həkk etməlidir ki, Qarabağ Azərbaycandır!
Sonra Prezident nitqini davam etdirərək qeyd etdi ki, Azərbaycan hər zaman Pakistanı Kəşmir məsələsində dəstəkləyib və bütün beynəlxalq təşkilatlarda bu dəstəyi yenə də davam etdirəcəkdir. 44 günlük Vətən müharibəsində Prezident Pakistan və Türkiyənin Azərbaycana verdikləri ciddi siyasi dəstəyi xüsusi ilə qeyd etdi. Prezident bəyan etdi ki, artıq Azərbaycandan bir neçə nümayəndə heyəti Pakistana səfər edəcəkdir. Biri ticarət və sərmayə məsələsi, növbəti nümayəndə heyəti enerji məsələsi ilə məşğul olacaq, üçüncüsü isə müdafiə sənayesi sahəsində əməkdaşlığı nəzərdən keçirəcəkdir. Eyni zamanda razılığa gəldik ki, ticarətimizin artırmaq üçün daha ciddi səylər göstərək. Biz bu istiqamətdə anlaşma memorandumu imzalayacağıq.
Ümumiyyətlə Prezident Pakistan İslam Respublikası ilə olan enerji, kommunikasiya, təhsil, müdafiə sənayesi sahəsində əməkdaşlıqların inkişafına nail olmaq üçün razılığa gəldiklərini qeyd etdi. Çıxışının sonunda Cənab İlham Əliyev qeyd etdi ki, Pakistan xalqını da təbrik etmək istəyirəm ki, Sizin kimi böyük təcrübəyə və siyasi baxışlara malik olan insanı hakimiyyətə gətirib. Siz ölkənizin inkişafına bağlı olan insansınız və onun müstəqilliyini gücləndirmək üçün səy göstərirsiniz. Əminəm ki, Sizin rəhbərliyinizlə Pakistan və qardaş Pakistan xalqı daha da böyük uğurlar, nəaliyyətlər əldə edəcəkdir.
Şıxəliyeva Aidə,
Elşən Heybətov adına Dəlləkoba kənd ümumi orta məktəb