Pakistan Azərbaycanın müstəqilliyini Türkiyədən sonra ikinci tanıyan ölkədir

Pakistan Azərbaycanın müstəqilliyini Türkiyədən sonra ikinci tanıyan ölkədir
  • Cəmiyyət

  • Pakistan Azərbaycanın müstəqilliyini Türkiyədən sonra ikinci tanıyan ölkədir. Azərbaycan Respublikasının müstəqilliyi Pakistan tərəfindən 1991-ci il dekabrın 12-də tanınıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 9-da qurulmuşdur. Bundan az sonra Bakıda Pakistanın, 1997-ci ilin avqust ayında isə İslamabadda Azərbaycanın daimi nümayəndəliyi açılmışdır.

    Pakistan həmçinin Azərbaycanda səfirliyini açan ilk ölkələr sırasındadır. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il iyunun 9-da yaradılıb. 1993-cü il aprelin 30-da Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa Pakistan sədrlik edib. 1995-ci ilin oktyabrında Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Azərbaycanda rəsmi səfərdə olub. Səfər yüksək səviyyədə keçib və iki ölkə arasında bir sıra sənədlər, o cümlədən, Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının yaradılması haqqında Protokol imzalanıb, "Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında Əməkdaşlıq haqqında Müqavilə" bağlanıb. 

    9 aprel 1996-cı ildə isə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Pakistanda rəsmi səfərdə olub. İki ölkə arasında münasibətlərin inkişafına xüsusi təkan verən bu görüşdə 9 sənəd imzalanıb. Azərbaycan və Pakistan prezidentləri Ermənistan-Azərbaycan Dağlı Qarabağ münaqişəsi və Kəşmir problemlərində bir-brilərini dəstəklədiklərini bəyan ediblər. 

    Pakistan Azərbaycanla həmişə isti, mehriban münasibətlərə malik olub, çünki hər iki ölkənin dini, mədəniyyət və tarixi oxşarlığı var. Baş nazir Məhəmməd Şahbaz Şərifin ticarət, investisiya və enerji sahələrində mümkün əməkdaşlığı müzakirə etmək üçün Azərbaycana rəsmi səfəri də buna əyani sübutdur. Ümidvericidir ki, hökumət beynəlxalq münaqişələrdən, bazar qeyri-müəyyənliyindən və diplomatik təzyiqlərdən yan keçməyə çalışır və bunun əvəzinə regionda açılan imkanlardan istifadə edir.

    Azərbaycan tərəfdən müdafiə sənayesi, rabitə və yüksək texnologiya, xarici işlər, iqtisadiyyat, mədəniyyət və turizm, təhsil, kənd təsərrüfatı, təhsil nazirliklərinin, habelə Dövlət Neft Şirkəti və Mərkəzi Bankın nümayəndələrinin, Pakistan tərəfdən isə neft və təbii ehtiyatlar, xarici işlər, maliyyə, elm və texnologiya, müdafiə istehsalı, ticarət, mədəniyyət nazirliklərinin, Nazirlər Kabinetinin sahələr üzrə məsul şəxslərinin iştirak etdiyi birgə komissiyanın iclasında, qeyd olunan sahələr üzrə əməkdaşlıq məsələləri müzakirə edilmiş, yekunda iclasın protokolu imzalanmışdır.

    Preferensial Ticarət Sazişinin imzalanması və düyü, meyvə və tərəvəz kimi kənd təsərrüfatı məhsullarına rüsumsuz girişin tətbiqi ilə böyük irəliləyiş əldə etmələri qənaətinə gəliblər. 

    Bu münasibətlər tərəfdaşlıq, dostluq və qardaşlıq üzərində qurulub. Müzakirələr münasibətlərimizin geniş bir daha ölkələrimizin suverenliyinə, ərazi bütövlüyünə güclü dəstəyimizi ifadə edir.Azərbaycanın ərazi bütövlüyünə və işğal vaxtında, İkinci Qarabağ müharibəsində və ərazi bütövlüyümüzü bərpa etdikdən sonra göstərilmiş dəstək xüsusi vurğulandı.


    Ceyhun Hüseynov,                                                                    
    Masallı RMX İƏ üzrə mütəxəssis

    PAYLAŞ:

    Oxşar xəbərlər