Xankəndi yolunda sülhməramlılara məxsus avtomobillərin hərəkətinə şərait yaradıldı

Xankəndi yolunda sülhməramlılara məxsus avtomobillərin hərəkətinə şərait yaradıldı
  • Cəmiyyət / Maraqlı

  • Şuşa-Xankəndi yolunda növbəti dəfə Rusiya sülhməramlılarına məxsus təminat avtomobillərinin hərəkət etməsinə şərait yaradılıb.

    “Report”un aksiya keçirilən ərazidə olan əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələri maneəsiz şəkildə yolla hərəkətinə davam edib.

    Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

    Belə ki, aksiya iştirakçıları növbəti dəfə də bu mövqeni nümayiş etdirərək sülhməramlılara məxsus təminat avtomobilinin sərbəst şəkildə hərəkət etməsinə şərait yaradıblar.

    Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası artıq dörd gündür davam edir.

    Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

    2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

    16:12

    Şuşa-Xankəndi yolunda keçirilən aksiyanın iştirakçıları Ermənistan tərəfindən basdırılan minaların partlaması nəticəsində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 7 nəfərin yaralanması, bir nəfərin şəhid olması hadisəsi ilə bağlı şüarlar səsləndiriblər.

    “Report”un aksiyanı işıqlandıran əməkdaşının verdiyi xəbərə görə, Ermənistanın mina terroru ilə bağlı məsələ də aksiya iştirakçılarının diqqət mərkəzindədir.

    Onlar aksiyada “Mina terroruna son!” şüarını səsləndiriblər.

    14:38

    Qarabağda faydalı yataqların qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasının iştirakçıları bir neçə yeni tələb irəli sürüb.

    “Report”un aksiyanı işıqlandıran əməkdaşının verdiyi xəbərə görə, onlar Azərbaycanın suveren torpaqlarında Azərbaycanın bütün dövlət qurumlarının, o cümlədən Daxili İşlər Nazirliyinin (DİN), Dövlət Sərhəd Xidmətinin (DSX), Dövlət Gömrük Komitəsinin (DGK) nəzarətinin bərpa edilməsini və onların ayrıca nəzarət-buraxılış məntəqələrinin yaradılmasını tələb edirlər.

    Aksiya iştirakçıları həmçinin, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın müddəaları tam icra olunmadığına, Laçın istiqamətində Ermənistanla sərhəddə DSX-nin və DGK-nın ayrıca postlarının olması tələbini irəli sürüblər.

    Dinc aksiya hazırda davam edir.

    PAYLAŞ:

    Oxşar xəbərlər