Masallı rayonunun Yeddioymaq kəndində həkim məntəqəsi üçün inşa edilmiş yeni bina istifadəyə verilib.
azərtac-ın bölgə müxbiri xəbər verir ki, səhiyyə ocağının yeni binasına kənd sakinlərinin müayinə və müalicəsi üçün hər cür şərait yaradılıb.
Sakinlər daim ölkə vətəndaşlarının sağlamlığı qayğısına qalan dövlətimizin başçısına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.