Daxili İşlər Nazirliyi: Məlumat bazasına heç bir kiber hücum olmayıb

Daxili İşlər Nazirliyi: Məlumat bazasına heç bir kiber hücum olmayıb
  • Cəmiyyət

  • Bu gün sosial şəbəkələrdəki bəzi səhifələrdə Daxili İşlər Nazirliyinin (DİN) məlumat bazasındakı informasiyaların guya düşmən tərəfindən oğurlanması barədə məlumat paylaşılıb.

    LEQAL.AZ xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

    İnternet istifadəçilərinin nəzərinə çatdırılıb ki, bu ermənilərin növbəti təxribat xarakterli iddialarıdır. DİN-in məlumat bazasına heç bir kiber hücum olmayıb.
    Bir daha vətəndaşlarımızı müharibədə məğlub olan düşmən təxribatına uymamağa çağırır, qeyri-rəsmi qrup, səhifə, kanallardan qətiyyən heç bir linkə daxil olmamağı, faylları açmamağı və şəxsi məlumatları saxta mənbələrə daxil etməməyi məsləhət görürük.
    O ki qaldı, sözügedən siyahıya, həmin siyahı ölkəmizdə bir müddət əvvəl keçirilən seçkilər zamanı şəffaflığın təmin olunması məqsədilə seçici məlumatlarının internet resurslarında yerləşdirilmiş informasiyalarıdır.
    PAYLAŞ:

    Oxşar xəbərlər