Kimlərə göy soğan yemək olmaz?

Kimlərə göy soğan yemək olmaz?
  • Cəmiyyət

  • Yaşıl soğan antibakterial təsir göstərir, ona görə də o, ağız boşluğu iltihabı götürür, bakteriyaları öldürür, karies, stomatit riskini azaldır. Yaşıl soğan kaliy, sink, kalsiumla zəngindir. Bundan başqa onda A, B, C vitaminləri var. Sink tərkibinə görə o, təbii antibiotik rolunu oynaya bilər. Eləcə də görməni yaxşılaşdırır.

    Maraqlıdır bəs, yaşıl soğanı kimlər yeyə bilməz?

    Leqal.Az xəbər verir ki, bu sualı həkim-dietoloq Nataliya Qerasimova cavablandırıb.

    Onun sözlərinə görə, yaşıl soğan mədə yarası olan üçün zərərli ola bilər:

    "Rasionda müntəzəm yaşıl soğanın olması immun sistemi yaxşılaşdırır, sinir sistemini sakitləşdiri. Yaşıl soğan dişlərin vaxtından əvvəl çürüməsinin qarşısını alır.  Lakin bu tərəvəz ciddi mədə yarası olanlar üçün zərərli ola bilər". /Lent.az
    PAYLAŞ:

    Oxşar xəbərlər