Həmyerlimiz, Tıva Respublikası paytaxtı Kızıl şəhərinin qanunvericilik məclisinin deputatı, Tıva Karate Federasiyasının rəhbəri Çingiz Əliyev Rusiya Prezidenti adından xatirə medalına və fəxri fərmana layiq görülüb.
LEQAL.AZ-ın xəbərinə görə, Ümumrusiya Xalq Cəbhəsinin Tıva Respublikasındakı regional şöbəsində “#МыВместе” qarşılıqlı yardım aksiyasının iştirakçılarına Rusiya Prezidentinin “#МыВместе” ümumrusiya qarşılıqlı yardım aksiyasının təşkilinə verdikləri təmənnasız töhfəyə görə” xatirə medalları və fəxri fərmanlar təntənəli surətdə təqdim olunub.
Təltif olunanlar arasında həmyerlimiz, Tıvanın paytaxtı Kızılın qanunvericilik məclisinin deputatı Çingiz Əliyev də olub.