Payız bilə-bilə özü yubanır...

Payız bilə-bilə özü yubanır...
  • Cəmiyyət

  •      Əsgərə şeir sovqatı

    Qarabağ uğrunda döyüşlər ağır,

    qəlblərdə Vətənə sevgilər incə,

    payız bilə-bilə özü yubanır -

    bəlkə hər əsgərə gül çata, məncə.

    Bulud ağlamağın arasın kəsib,

    çiskin də, duman da çökmür yollara,

    amma ki, bu dəfə "qara yel əsib”

    bizə xain çıxan qəsbkarlara.


    İllərlə qəzəbin kiridən Vətən

    bu dəfə dözməyib zireh geyindi,

    Ali Baş Komandan göstəriş verən -

    Qarabağ rəhbərin diliylə dindi.


    Qartallar qıy vurar zirvələrindən,

    əlçatmaz yerlərdə yatar şəhidlər,

    qurbanlar, şəhidlər verməyən Vətən,

    Bayrağın rəngini soldura bilər.


    Vətəni qoruyar igid ordular,

    əsgərə verilsin ən böyük dəyər!

    Oğullar doğuran bizim analar,

    Övladın Vətənə qurbanlıq deyər.


    Azadlıq uğrunda döyüşlər ağır,

    qəlblərdə torpağa sevgilər incə,

    payız bilə-bilə özü yubanır -

    bəlkə hər əsgərə gül çata, məncə...


    Vahid Əziz,
    Xalq şairi
    PAYLAŞ:

    Oxşar xəbərlər