Ötən əsrin 90-cı illərində erməni vandallarının Qarabağ və ətraf rayonlarının işğalı, uşaq, qadın, qocaları amansızcasına qətlə yetirmələri yaddaşlardan heç vaxt silinməyəcək. Xüsusilə Xocalı faciəsi insanlığa sığmayan olaylardan idi.
O illərdən 27-28 il keçib. İllərdir ki, dünyanın ən ali orqanı olan BMT-nin, habelə ATƏT və digər nüfuzlu təşkilatların fəaliyyətinə əhəmiyyət verməyən Ermənistan Azərbaycanın digər rayonlarını da atəşə tutur, kənd və rayon mərkəzlərini dağıdırdı. Əslində həmin təşkilatların ikili standartlı fəaliyyəti Qarabağın sülh danışıqlarını əngəlləyirdi. İqtisadi və hərbi cəhətdən möhkəmlənən Azərbaycan 2016-cı ildən bəri düşmənə gücünü göstərirdi. Lakin ermənilər hələ də böyük Ermənistan yaratmaq xülyasından əl çəkmək fikrində deyil.
Sentyabrın 27-də ermənilərin növbəti təxribatına əks-hücumla cavab verən Azərbaycan ordusu ilk həmlədə bir neçə kəndi işğaldan azdad etdi.
Bu gün neçə-neçə kənd, şəhər və qəsəbənin düşməndən təmizlənməsi ordumuzun nəyə qadir olmasını göstərir. Artıq məğlub olduğunu anlayan düşmən ölkənin rəhbərliyi "sülh", kömək üçün yalvarmadığı dövlət qalmayıb. Bundan da bir nəticə hasil olmadığını görən faşist xislətli Nikol
Paşinyan ölkədə azyaşlı uşaqları, qadınları, "Qarabağ uğrunda" döyüşlərə səsləyir.
Erməni milləti saxta tarixi boyu belə məkrli fəaliyyətə rəvac verib. Çünki onlar üçün əxlaqi normaların heç bir əhəmiyyəti yoxdur.
Bizim igid oğullarımız heç vaxt razı olmazlar ki, qızlarımız əlinə silah götürüb cəbhəyə getsinlər. Qız-gəlinlərimiz arxa cəbhədə hünər göstərirlər.
Hospitallarda yaralılara qayğı göstərir, təhsildə, mədəniyyət sahəsində, əmək cəbhəsində hünər göstərirlər.
Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşən xalqımız cəbhəyə, əsgərlərimizə dəstəkdir.
Ölkə rəhbərinin tapşırıqları dərhal həyata keçirilir. Onun göstərişi ilə ordumuz düşmənin yalnız cəbhədəki mövqelərinə dəqiq atəş açır. Mülki adamlara, yaşayış məskənlərinə qarşı təxribat törətmək ancaq erməni kimi düşmənin xislətindədir. Mən bütün şəhid analarına, cəbhədən uzaq şəhər və kəndlərimizdə ev-eşiyi dağıdılan insanlara səbr diləyirəm. Ali Baş Komandanın uzaqgörən siyasi fəaliyyəti, ordumuzun qəhrəmanlığı sayəsində torpaqlarımız azad olunacaq, yurd yerlərimizdə yenidən həyat canlanacaq.
Eşq olsun Prezidentimizə, eşq olsun ordumuza! Qarabağ Azərbaycandır!
Gülşən Xəlilova,
YAP Masallı Rayon Təşkilatı
qadınlar şurasının sədri.