Xəbər verildiyi kimi, sentyabrın 27-dən bu günə kimi Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhalinin ağır artilleriyadan atəşə tutulması nəticəsində 405 mülki şəxs yaralanıb, onlardan 43 nəfər ağır vəziyyətdə reanimasiyada stasionar müalicə olunur.
Baş Prokurorluğun mətbuat xidmətindən LEQAL.AZ-a verilən məlumata görə, oktyabrın 28-də Bərdə şəhərinin mərkəzi hissəsinin düşmən tərəfindən raket atəşinə tutulması nəticəsində ağır dərəcəli bədən xəsarətləri almış 1995-ci il təvəllüdlü Paşayev Niftalı Səlim oğlu göstərilmiş tibbi yardımlara baxmayaraq, noyabrın 5-də stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib.