Hava Haqqında Məlumat

Hava Haqqında Məlumat
  • Cəmiyyət / Maraqlı

  • Bakıda və Abşeron yarımadasında yanvarın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

    Mülayim cənub-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 1-3, gündüz 7-9, Bakıda gecə 1-3, gündüz 7-9 dərəcə isti olacaq.

    Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

    Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 7-11° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə gecə 15-20° şaxta, gündüz 0-5° şaxta olacaq.

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər