Ermənistanda İrəvan-İstanbul uçuşlarına İCAZƏ VERİLDİ

Ermənistanda İrəvan-İstanbul uçuşlarına  İCAZƏ VERİLDİ
  • Cəmiyyət

  • Ermənistanın Mülki Aviasiya Komitəsi “Flyone Armenia” şirkətinə yanvarın 1-dən Yerevan-İstanbul marşrutu üzrə qeyri-müntəzəm uçuşlar həyata keçirməyə icazə verib.

    "Leqal" xəbər verir ki, bu barədə “Armenia Today” agentliyi xəbər verir. Komitədən verilən məlumata görə, aviaşirkət müəyyən edilmiş marşrut üzrə həftədə 3 reys həyata keçirmək üçün icazə alıb.

    Komitə həmçinin Türkiyənin “Pegasus” aviaşirkətindən Türkiyəyə uçuşlar həyata keçirmək üçün müraciət aldığını və hazırda bu müraciətin baxılma mərhələsində olduğunu açıqlayıb. /virtualaz.org
    PAYLAŞ:

    Oxşar xəbərlər