ll Qarabağ müharibəsi qazisi Talıb Qəzənfərli ilə görüş

ll Qarabağ müharibəsi qazisi Talıb Qəzənfərli ilə görüş
  • Cəmiyyət

  • Masallı Gənclər Evi sosial xidmət müəssisəsinin kollektivi ll Qarabağ müharibəsi qazisi Talıb Cəmil oğlu Qəzənfərlini ziyarət etmişdir. Ziyarət zamanı Qazimizin keçdiyi şərəfli döyüş yoldan söhbət açılıb, qayğıları dinlənilib. Qəhrəmanımız müharibədə qələbə qazanmağının sevincini, döyüş xatirələrini bizimlə bölüşdü.Vətən müharibəsi başlandığı gündən etibarən şəxsi heyət arasında qələbəyə inamın yüksək olduğunu bildirdi.

    Talıb Cəmil oğlu Qəzənfərli 15 aprel 1999 cu ildə Masallı rayonunun Böyük Xocavar kəndində anadan olmuşdur.2005-2016 cı illərdə Bəyalı Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbində məktəbində təhsil almışdır.2017-ci ilin aprel ayında çağırışçı kimi hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunda “N” saylı hərbi hissədə davam etdirib. 2018-ci ilin oktyabr ayında ordu sıralarından tərxis olunub.

    27 Sentyabrda başlayan ll Qarabağ müharibəsində könüllü olaraq ön cəbhəyə yollanmışdır. Qəhrəmanımız Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Şuşanın azadlığı uğrunda azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Qubadlı şəhəri uğrunda gedən döyüşlərdə yaralanmışdır.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Qəzənfərli Talıb Cəmil oğlu Döyüşdə fərqlənməyə görə medalı, Füzulinin azad olunması, Cəbrayılın azad olunması medalı və Xocavəndin azad olunması medalları ilə təltif olunmuşdur.

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər