YARDIMLI RAYONUNDA ABU-DƏRDƏ TÜRBƏSİNƏ BAXIŞ

YARDIMLI RAYONUNDA ABU-DƏRDƏ TÜRBƏSİNƏ BAXIŞ
  • Cəmiyyət

  • Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Yardımlı rayonunda Abu-Dərdə türbəsinə baxış keçirib.

    Noyabrın 24-də Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov və Aparat əməkdaşları Yardımlı rayonunda bir sıra tədbirlərdə iştirak ediblər.

    İdarə rəisi B. Qılıncov səfər çərçivəsində rayonun mədəniyyət işçiləri ilə görüş keçirib, müəssisələrin gündəlik fəaliyyəti və digər cari məsələlərlə maraqlanıb. Rəhbərlik sonra Abu-Dərdə türbəsinin mövcud vəziyyəti ilə yaxından tanış olmaq məqsədilə rayonun Ərsilə kəndində olub. İdarə rəisi XIV əsrə aid edilən tarixi türbəyə baxış keçirib. Sonra rayonun mədəniyyət işçilərinin iştirakı ilə abidə ərazisində iməcilik təşkil edilərək ətraf təmizlənib. Daha sonra tarixi binanın ətrafındakı boş ərazidə ağac tingləri əkilib.

    Əlavə edək ki, hazırda ziyarətgah kimi fəaliyyət göstərən türbə 4471 inventar nömrəsi ilə yerli əhəmiyyətli tarixi-memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınaraq mühafizə olunur.

    LEQAL.AZ

    PAYLAŞ:

    Oxşar xəbərlər