ELGÜNLƏR HEÇ VAXT UNUDULMAYACAQ...

ELGÜNLƏR HEÇ VAXT UNUDULMAYACAQ...
  • Cəmiyyət

  • Masallı rayonunun Xıl kəndində abidə-bulaq kompleksinin açılışı olub.
     
    24 noyabr 2021-ci il tarixdə Masallı rayonunun Xıl kəndində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Elgün Mikayıllının xatirəsinə tikilən abidə-bulaq kompleksinin açılışı olub.

    Açılış mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov və aparatı, müəssisə və təşkilat rəhbərləri, SHXÇDX Masallı rayon şöbəsinin əməkdaşları, YAP Masallı  Rayon Təşkilatının fəalları, şəhid ailələri, qazilər, qonaqlar, kənd sakinləri iştirak ediblər.

    Abidə-bulaq kompleksinin açılış mərasimində şəhid Elgün Mikayıllının qısa, lakin şərəfli ömür yolu barədə xatirələr bölüşülüb, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərlikdən danışılıb, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunan torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğu vurğulanıb.

    Masallı RİH başçısı cənab Şahin Məmmədov Elgünlərin qələbəsindən danışıb, onların Azərbaycan tarixində adlarının əbədi qalacaqlarını diqqətə çatdıraraq, Azərbaycan respublikasının əbədi olacağını qeyd edib.

    Anım mərasimində Xıl kənd tam orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya nümayiş ediblər.

    Şəhidin ailə üzvləri, şəxsən atası Aqil bulağın inşa edilməsində əməyi olan hər kəsə öz təşəkkürünü bildirib. Aqil deyib:

    Biz məğrur dövlətin vətəndaşlarıyıq. Necə ki, Ali Baş Komandan möhtərəm İlham Əliyev keçən ilin sentyabrın 27-də əmr verdi ki, gedin torpağınınzı azad edin, biz Zəfəri onda qazandıq. Bizə göstərilən hər bir diqqət və qayğıya görə, abidə-bulaq kompleksinin tikintisində əməyi olan şəxslərə minnətdarlıq edirəm.

    Qeyd edək ki, Elgün Aqil oğlu Mikayıllı 13 may 2001-ci ildə Masallı rayonunun Xıl kəndində anadan olub.
    2007-2018-cü illərdə Əli bəy Bəylərbəyov adına Xıl kənd tam orta məktəbində təhsil alıb.

    2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.

    Azərbaycan Ordusunun əsgəri  Elgün Mikayıllı 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonu uğrunda gedən döyüşlərdə düşmənlərə qarşı böyük mərdliklə döyüşüb. İgid döyüşçü oktyabrın 14-də Füzuli istiqamətində gedən döyüşlərdə düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb.
    Xıl kənd qəbiristanında dəfn edilib.

    Elgün subay idi...

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 və 25 dekabr 2020-ci iul tarixli sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" və «Füzulinin azad olunmasına görə» medalları ilə təltif olunub.

    LEQAL.AZ

    PAYLAŞ:

    Oxşar xəbərlər