Şəhid Elçin Ağayev Cəlilabad rayonunda dəfn edilib

Şəhid Elçin Ağayev Cəlilabad rayonunda dəfn edilib
  • Cəmiyyət

  • Ötən gün dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu, Ağayev Elçin Mərifət oğlu ilə Cəlilabad şəhərindəki evində vida mərasimi keçirilib.

    Leqal.az xəbər verir ki, mərasimdə şəhidin yaxınları ilə yanaşı, yerli sakinlər, rayon rəhbərliyi və qazilər iştirak edib.

    Sonra şəhid Cəlilabad şəhər qəbiristanlığında dəfn edilib. E.Ağayevin tabutuna bükülmüş Azərbaycan bayrağı şəhidin atasına təqdim edilib. Dəfn zamanı dövlət himni səsləndirilib və fəxri qarovul tərəfindən yaylım atəşi açılıb.

    Qeyd edək ki, Elçin Ağayev 2002-ci ildə Cəlilabad rayonunun Soyuqbulaq kəndində anadan olub. O, noyabrın 16-da Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olub.

    PAYLAŞ:

    Oxşar xəbərlər