Azərbaycan xalqının iradəsinə əsaslanan Ulu Öndər Heydər Əliyevin siyasi xətti

Azərbaycan xalqının iradəsinə əsaslanan Ulu Öndər Heydər Əliyevin siyasi xətti
  • Cəmiyyət

  • Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Yeni Azərbaycan Partiyası Azəraycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdlır. Azərbaycan taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.

    91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər” in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzusu və istəklərinin ifadəsi idi.

    Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Ulu Öndərə müraciət edən məşhur “91-lər” in çox cəsarətli addımları nəticəsində dağıdıcı prosseslərin qarşısı alındı .

    550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orda keçirməyə nail oldular.

    Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqınmda qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əiyev yekdilliklə partiyanın sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası ,İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə ,müstəqil Azərbaycan tarixində öz üzərinə böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.

    YAP xalqın partiyasıdır. Daim xalqa xidmət edir və möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə xalqımızı daha da işıqlı gələcəyə aparır.


    Sevil Əsgərova,
    YAP Masallı RT-nın fəal üzvü
    PAYLAŞ:

    Oxşar xəbərlər