Nazirlikdən hava ilə bağlı

Nazirlikdən hava ilə bağlı
  • Cəmiyyət

  • Noyabrın 16-da hava şəraitinin qısamüddətə qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, gecə və səhər yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən Leqal.az-a verilən məlumata əsasən, arabir yağıntılı olacağı ehtimalı var.

    Havanın temperaturunun ötən günlərlə müqayisədə 4-7° aşağı enəcək.

    Noyabrın 15-i axşam şərq rayonlarından başlayaraq 16-sı axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

    Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək. Havanın temperaturunun ötən günlərlə müqayisədə 4-7° aşağı enəcək.

    Çaylarda sululuğun artacağı ehtimal olunur.
    PAYLAŞ:

    Oxşar xəbərlər