Azərbaycan qlobal təşəbbüslər ölkəsidir

Azərbaycan qlobal təşəbbüslər ölkəsidir
  • Cəmiyyət

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə noyabrın 4-də “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti, VIII Qlobal Bakı Forumu işə başlayıb.

    Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib və genişməzmunlu çıxış edib.

    Cənab prezident İlham Əliyev bu dəfə də forumdakı çıxışında qlobal əhəmiyyət kəsb edən məsələlərə toxunaraq 40-dan çox ölkə rəsmilərinin qarşısında çıxış etdi. Ölkə başçımız pandemiyanın dünyaya yayılmağa başladığı ilk günlərdən Azərbaycanda qabaqlayıcı kompleks tədbirlər görüldüyündən, ölkənin bütün resurslarınin vətəndaşların sağlamlığının qorunmasına səfərbər edildiyindən, virusun ölkəmizin sərhədlərinə yaxınlaşmazdan əvvəl Azərbaycanın koronavirusla mübarizəyə qətiyyətlə qoşulduğundan, ona qarşı ciddi addımlar atıldığından, 13 yeni xəstəxananın açılmasından, 4 min əlavə çarpayının yaradılmasından, lazımı tibbi ləvazimatların alınmasından danışaraq bütün bunları dünya ölkələrinin diqqətinə çatdırdı.

    Prezident çıxışında bir sıra maraqlı məqamlara da toxunub.

    Azərbaycan qlobal səviyyədə “peyvənd millətçiliyi” və vaksinlərin ədalətsiz bölgüsü haqqında danışan ölkədir.

    Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qısa müddətdə ziyalıların, dövlət məmurlarının, siyasətçilərin, jurnalistlərin, dövlət xadimlərinin və vətəndaş cəmiyyəti üzvlərinin biliklərini, təcrübəsini və baxışını toplayan, böyük potensialı olan azsaylı aparıcı beynəlxalq təsisatlardan birinə çevrilib.

    Azərbaycanın təşəbbüsü ilə COVID-19-un müalicəsi ilə bağlı məlumat bazası yaradılıb və Ümumdünya Səhiyyə Təşkilatı Qoşulmama Hərəkatına üzv ölkələrdə həmin məlumat bazasından istifadə edir.

    Bu isə öz növbəsində ÜST-yə öz dəstəyini düzgün planlaşdırmağa və proqnozlaşdırmağa kömək edir.
    Azərbaycan təmənnasız olaraq bir neçə ölkəni peyvənd dozaları ilə təmin edib. Eyni zamanda, yoxsul ölkələrin dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon dollar həcmində maliyyə töhfəsi göstərilmişdir.

    Cənub Qaz Dəhlizinin tikintisi strateji əhəmiyyət daşıyır.

    2020-ci il dekabrın 31-də həmin layihənin sonuncu hissəsi – Trans-Adriatik boru kəməri istismara verilmişdir. Bu, Azərbaycan, qonşularımız və Avropa üçün tarixi nailiyyətdir, çünki o, Avropanın enerji təhlükəsizliyinin mühüm meyarıdır.

    Azərbaycanın böyük qaz ehtiyatlarına söykənən təbii qazın yeni mənbəyi artıqAvropa bazarındadır. Bu il yanvarın 1-dən etibarən oktyabrın 31-dək, yəni on ay ərzində, Azərbaycan bu marşrutla 14 milyard kubmetrdən çox təbii qazı beş ölkəyə ixrac edib - Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan və Bolqarıstan. Bu həcmin təxminən yarısı Avropa İttifaqının istehlakçıları tərəfindən istifadə edilmişdir. Cari ilin yanvarın 18-dən Azərbaycan regionda ilk ölkələrdən biri olaraq peyvəndləməyə başlamışdır.

    Bu vaxta qədər yaşı 18-dən yuxarı olan əhalinin 60 faizindən çoxu iki dozanı alıb. Nisbətən qısa müddət ərzində ümumi çarpayı sayı 4 min olan 13 yeni dövlət xəstəxanası açılmışdır.Azərbaycanda əsasən iki peyvənddən istifadə olunur. “Sinovac” və “Pfizer”dən və peyvəndləmə səviyyəsi yüksəkdir. Bu cür nəticələrin əldə olunması dövlət siyasəti sayəsində mümkün olmuşdur. Azərbaycan xalqı peyvəndləmənin vacibliyini anlayır və bu işləri xeyli asanlaşdırır. Qlobal miqyasda Azərbaycan, həmçinin çox fəal addımlar atıb.

    Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının hazırkı sədri olaraq ötən il Azərbaycanda hər iki təşkilatın COVID-ə həsr olunmuş xüsusi Zirvə görüşü keçirildi.

    Azərbaycan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri özü yerinə yetirdi. Həmin qətnamələr 27 il ərzində kağız üzərində qaldı və
    özünümüdafiə hüququnu ehtiva edən BMT Nizamnaməsinin 51-ci maddəsindən istifadə edən Azərbaycan özü ərazi bütövlüyünü bərpa etməsə idi, həmin qətnamələr növbəti 27 il ərzində də kağız üzərində qalacaqdı.

    Azərbaycan beynəlxalq hüquqi çərçivəni də istifadə etdi, çünki yalnız BMT Təhlükəsizlik Şurası deyil, digər aparıcı beynəlxalq təsisatlar Azərbaycanın ərazilərinin işğalı ilə bağlı bənzər qətnamə və qərarlar qəbul edib. BMT-nin Baş Assambleyası, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası münaqişə ilə bağlı müxtəlif dövrlərdə buna bənzər qərar və qətnamələr qəbul edib.

    Əvvəlki illərdə Ermənistan hakimiyyəti ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin işğal edilmiş ərazilərin boşaldılması yolu ilə həllinə nail olmaq istiqamətində işləmək görüntüsü yaradırdısa, son bir neçə ildə Ermənistan rəhbərliyi işğal olunmuş torpaqların bir qarışını belə qaytarmayacağını artıq açıq şəkildə bəyan edirdi. Bununla bağlı kifayət qədər sübut var. Genişmiqyaslı bərpa proqramına başlanılıb.

    Qısa müddət ərzində bir milyondan çox insan həmin yerlərə qayıdacaq. Müharibə və onun nəticələri onu göstərdi ki, gec və ya tez ədalət zəfər çalır.

    İndi postmünaqişə vəziyyəti yaşanır və Ermənistana bir sıra təkliflər verilib ki, sülh müqaviləsi üzərində işləməyə başlayaq.

    30 illik işğalın əziyyətlərinə, azad edilmiş ərazilərdə vandalizm və barbarlığa baxmayaraq, Azərbaycan maksimal konstruktivlik nümayiş etdirir. Gələcək naminə tərəflərin regionun təhlükəsiz, proqnozlaşdırılan və genişmiqyaslı əməkdaşlığa hazır olmasını təmin etməliyik.

    Hər şey Ermənistanın mövqeyindən asılı olacaq, çünki Azərbaycanın mövqeyi tam aydındır.

    Azərbaycan sülh danışıqlarına başlamağa, sülh razılaşması üzərində çalışmağa, səhifəni çevirməyə və sərhədin delimitasiyasına hazırdır.

    Prezident İlham Əliyev çıxışında Azərbaycanda aparılan uğurlu vaksinasiya kampaniyasından da danışıb. O bildirib ki, koronavirus (Covid-19) pandemiyasının qarşısının alınması məqsədi ilə Respublikamızın bütün bölgələrində əhalinin peyvənd olunması kampaniyası uğurla davam etdirilir. Ümumiyyətlə, ekspertlərin fikrincə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin tarixi, keçdiyi inkişaf yolu göstərir ki, Mərkəz qısa zamanda dünyanınən önəmli fikir və müzakirə platformalarından biri halına gəlib.

    Dünya ictimaiyyətinin gündəliyində olan təxirəsalınmaz məsələlərin müzakirə edildiyi nadir, fəal beynəlxalq platformaya çevrilməsi nəticəsində Mərkəzin nüfuzu hər keçən gün daha da artır. Pandemiyanın hökm sürdüyü bir dövrdə belə bir tədbirin keçirilməsi bir daha Azərbaycanın nüfuzundan xəbər verir.


    Günel Həmidov, 
    Masallı Dövlət regional kollecinin tələbə. 

    PAYLAŞ:

    Oxşar xəbərlər