Masallıda Bayraq Günü qeyd edilib

Masallıda Bayraq Günü qeyd edilib
  • Cəmiyyət

  • 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Masallı Rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman İdarəsinin və “Masallı Gənclər evi” sosial xidmət müəssisəsinin birgə  təşkilatçılığı  ilə Masallı şəhər Bayraq Meydanında bir qrup fəal gəncin iştrakı ilə tədbir keçirilib.

    Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Sonra aktyor Cəmaləddin Əliyevin rəhbərliyi, tələbələrin iştirakı ilə hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş olunub.

    Gənclər Dövlət Rəmzləri Muzeyi ilə tanışlıqdan sonra xatirə şəkili çəkdiriblər.

     
    Akif AĞAYEV,
    Masallı.

    PAYLAŞ:

    Oxşar xəbərlər