Ordun varsa, yurdun var!

Ordun varsa, yurdun var!
  • Cəmiyyət

  • Bu gün Azərbaycan Ordusu güclü ordudur. Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu.

    Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr,yüksəkliklər azad ediliridi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq.

    Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində Zəfər çalan Ordusu ilə fəxr edir, qürur duyur! Bu şanlı Qələbənin müəllifi başda Silahlı Qüvvələrin Ali Baş Komandanı, “Dəmir yumruq”la düşmənə öz yerini göstərən Prezident İlham Əliyev olmaqla, Ordumuzdur!

    10 noyabrda Ermənistanın imzaladığı kapitulyasiya aktı bizə imkan verdi ki, minlərlə gəncin həyatını qoruyaq. Çünki əgər Ermənistan kapitulyasiya aktını imzalamasaydı və müharibə davam etsəydi, təbii ki, biz dayanmayacaqdıq.

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müharibə dövründə dəfələrlə bildirmişldi ki, biz dayanmağa hazırıq. Müharibənin ilk günlərində demişəm, qoy, Ermənistan rəhbəri bizə tarix versin, onlar bizim torpaqlarımızdan nə vaxt çıxırlar, biz müharibəni dayandırmağa hazırıq. Biz müharibə istəmirik. Ancaq onlar bizə o vaxt tarix verdilər ki, artıq biz Şuşanı geri götürdük və 300-dən çox yaşayış məntəqəsini azad etdik. Amma əgər noyabrın 10-da Ermənistan tərəfindən kapitulyasiya aktı imzalanmasaydı, biz dayanmayacaqdıq.

    Ermənistan Azərbaycan qarşısında diz çökdü, Ermənistan ordusu məhv edildi, ermənilərlə bərabər erməni xislətində olanlara göz dağı verildi. Azərbaycan xalqı yenidən işğal altında qalmış torpaqlarına qayıtdı, Şuşaya döndü. Ulu öndər Heydər Əliyevin də ata vəsiyyəti həyata keçdi. Bu gün onunla birlikdə, Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş minlərlə şəhidin də ruhu şaddır.

    Aytəkin Nağıyeva,
    Masallı rayon Viləş kəndi.


    PAYLAŞ:

    Oxşar xəbərlər