"Nəsillərə örnək ömür"

"Nəsillərə örnək ömür"
  • Cəmiyyət

  • Yardımlı rayon Heydər Əliyev Mərkəzində tədbir təşkil olunub.

    Noyabrın 1-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsində şəhid olmuş Əli Rzalıya həsr olunmuş “Örnək ömür” adlı tədbir təşkil olunub. Tədbirdə Mərkəzin rəhbərliyi və əməkdaşları, şəhidin atası Nuru Rzalı iştirak edib.

    İlk öncə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbir iştirakçılarını salamlayaraq sözə başlayan Mərkəzin direktoru vəzifəsini icra edən Aqil Ağayev Zəfərimizin memarlarına çevrilən şəhidlər və qazilərimizin Vətən müharibəsində göstərdikləri şücaəti fəxrlə dilə gətirərək, Əli Rzalının timsalında bütün qəhrəmanlarımızı ehtiramla yad edib.

    O, dövlətin şəhid ailələri və qazilərə göstərdiyi qayğıdan söhbət açıb və bu diqqətin təqdirəlayiq olduğunu bildirib.

    Daha sonra tədbirdə çıxış edən şəhid atası N. Rzalı əvvəlcə tədbirin təşkilinə görə Mərkəzin rəhbərliyinə minnətdar olduğunu bildirib. Şəhid atası olaraq övladı haqqında danışmağın çətinliyini, hər bir şəhidin ona əziz və doğma olduğunu bildirən N.Rzalı, Əli haqqında xatirələrini dilə gətirib.

    Tədbirin sonunda Əli Rzalının Mərkəzin könüllüsü tərəfindən hazırlanmış portreti şəhidin atasına təqdim olunub.


    Müəllif: Əlihüseyn ŞÜKÜROV.


    Bizimlə əlaqə saxlayın
    PAYLAŞ:

    Oxşar xəbərlər