Oktyabr ayının son gününə olan hava proqnozu açıqlanıb

Oktyabr ayının son gününə olan hava proqnozu açıqlanıb
  • Cəmiyyət

  • Bakıda və Abşeron yarımadasında oktyabrın 31-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən Leqal.az-a verilən məlumata görə, əsasən səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

    Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-12° isti, gündüz 15-17° isti olacaq.Bakıda gecə 10-12° isti, gündüz 15-17° isti olacaq.

    Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunundan 771 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

    Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 6-11° isti, gündüz 13-18° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər