Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
  • Cəmiyyət

  • Oktyabrın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Leqal.az-a verilən məlumata əsasən, axşama doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

    Mülayim cənub-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 7-10, gündüz 13-15 dərəcə olacaq. Bakıda gecə 7-9 dərəcə, gündüz
    13-15 dərəcə olacaq.

    Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

    Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 1-6 dərəcə isti, gündüz 12-16 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər