Fazil Mustafa: AzTV-ni formatlamaq lazımdır

Fazil Mustafa: AzTV-ni formatlamaq lazımdır
  • Cəmiyyət

  • “Son vaxtlar baş verən proseslər göstərdi ki, biz informasiya müharibəsində heç də istənilən səviyyədə döyüşkən deyilik. Bəzi məqamlarda isə rəqiblərimizdən geri qalırırq. Bu məsələdə dövlətin media orqanları, konkret olaraq isə AzTV peşəkarlıq və siyasi hazırlıq baxımından çox geri qalır. Ona görə də yaxşı olar ki, AzTV yenidən formatlansın”.

    Leqal.az xəbər verir ki, bu fikirləri YAP-ın Vətən müharibəsi ilə bağlı təşkil etdiyi dəyirmi masada millət vəkili Fazil Mustafa deyib.

    Siyasi partiyaların, ictimai təşkilatların və KİV nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən Fazil Mustafa onu da əlavə edib ki, “AzTV siyasi proseslərin gerisində qalır. Hadisələri diqqətlə izləyib, vaxtında münasibət bildirmir. Ona görə də dövlətin əsas ideoloji ruporu olan AzTV yenilənməlidir”. Bakuexo.az
    PAYLAŞ:

    Oxşar xəbərlər