Əhməd İsmayılov: “Məişət zorakılığı ilə bağlı məlumatların ictimaiyyətə çatdırılmasında həssas olmaq lazımdır"

Əhməd İsmayılov: “Məişət zorakılığı ilə bağlı məlumatların ictimaiyyətə çatdırılmasında həssas olmaq lazımdır"
  • Cəmiyyət

  • “Məişət zorakılığı ilə bağlı məlumatların ictimaiyyətə çatdırılması formaları çox həssas məqamdır. Bəzən materialın oxunaqlı olması üçün dolğun informasiya verirlər. Belə məsələlərdə həssas olmaq lazımdır”.

    Leqal.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov “Məişət zorakılığı media müstəvisində” mövzusunda keçirilən təlimdə deyib.

    Onun sözlərinə görə, zorakılıq hallarının cəmiyyətə çatdırılması məsələsi çox vacibdir:

    “Zorakılıq hallarının cəmiyyətə təqdim edilməsi üzrə maarifləndirmə yüksək səviyyədə həyata keçirilməlidir. Biz düşünürük ki, tvinninq layihələrin uğuru çox olacaq. Gələcəkdə də bu tədbirlərdə Medianın İnkişafı Agentliyi öz dəstəyini verməyə hazırdır”./oxu.az
    PAYLAŞ:

    Oxşar xəbərlər