ATU-nun beş qrupunun tələbələrində koronavirus aşkarlandı: Əyani təhsil dayandırıldı

ATU-nun beş qrupunun tələbələrində koronavirus aşkarlandı: Əyani təhsil dayandırıldı
  • Cəmiyyət

  • Azərbaycan Tibb Universitetin beş qrupunda tələbələr arasında koronavirus yayılıb.

    Leqal.az oxu.az-a istinadən xəbər verir ki, həmin qruplarda təhsil distant olaraq davam etdiriləcək.

    Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətinin rəhbəri Günel Aslanova bildirib ki, bu həftə ərzində beş qrupda koronavirusa yoluxma qeydə alınıb:

    “Qrupların hər birində bir tələbə COVID-19-a yoluxub. Dərslər distant formada davam etdiriləcək”.

    Qeyd edək ki, bu gün Bakı Dövlət Universitetinin SABAH qruplarında və Azərbaycan Texniki Universitetində tələbələr arasında koronavirus aşkarlanıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər