Aqrar İnnovasiya Mərkəzinin əməkdaşları ADAU-dagörüş keçirib

Aqrar İnnovasiya Mərkəzinin əməkdaşları ADAU-dagörüş keçirib
  • Cəmiyyət

  • Bu gün Aqrar İnnovasiya Mərkəzinin(AİM) direktor müavini cənab Anar Cəfərov və mərkəzin Monitorinq və təhlil şöbəsinin müdiri Ramal Piriyev Azərbaycan Dövlət Aqrar Universitetinin(ADAU) bir qrup tələbə və müəllim heyəti ilə görüşüb.

    Universitetin Aqrobiznes və idarəetmə fakültəsində baş tutan görüşdə, tədris işləri üzrə prorektor, dosent Anar HətəmovADAU və Aqrar İnnovasiya Mərkəzi arasında mümkün əməkdaşlıq imkanları barəsində məlumat verib.

    Sonra Aqrar İnnovasiya Mərkəzinin direktor müavini Anar Cəfərov mərkəzin yenidən təşkili, fəaliyyət istiqamətləri, həyata keçirilmiş layihələr və nəzərdə tutulan addımlar ilə bağlı ətraflı təqdimatla çıxış edib.

    Tədbirdə Elm şöbəsinin müdiri Elçin Nəsirov, Aqrobiznes və idarəetmə fakültəsinin dekanı Əlöysəd Əsgərov, ADAU İnnovasiya mərkəzinin koordinatoru Fərrux Rəhimov və innovativ layihələr və startaplar sahəsi ilə maraqlanan tələbələr iştirak ediblər. E. Nəsirov və F. Rəhimov Aqrar Universitetdə həyata keçirilən innovativ layihələr və startaplarla bağlı görülmüş işlər haqqında məlumat veriblər.


    Müəllif: Əlihüseyn ŞÜKÜROV

    PAYLAŞ:

    Oxşar xəbərlər