Cəbrayıllıların Vətən həsrətinə son qoyulur

Cəbrayıllıların Vətən həsrətinə son qoyulur
  • Cəmiyyət

  • İyirmi yeddi il sonra bu torpağa qayıda biləcəyi ilə bağlı xəbəri almaq tam fərqli və sözlə ifadə olunmayan bir hissdir. Bu əvəzsiz hissləri xalqımıza bəxş edən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, Ordumuza minnətdarıq. Tarixi ədalət bərpa olundu.1993-cü il avqustun 23-də işğal edilən Cəbrayıl Azərbaycanımızın ən dilbər guşələrindən hesab olunur.

    Erməni işğalı nəticəsində buradakı bütün yaşayış məntəqələri, infrastruktur obyektləri, tarixi abidələrimiz dağıdılıb. Lakin buna baxmayaraq, Azərbaycan Prezidenti dəfələrlə bildirib ki, işğaldan azad olunacaq bütün şəhər, rayon, qəsəbə və kəndlərimiz əsaslı şəkildə yenidən bərpa olunacaq və insanların tarixi torpaqlarına qayıdışı bərpa ediləcək. Buna Azərbaycan Respublikasının malik olduğu iqtisadi qüdrət tam imkan verir. 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin işğaldan azad olunması və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə Azərbaycan bu iradəsini nümayiş etdirdi. Cocuq Mərcanlı doğma Vətənimizə Böyük Qayıdışın əsası oldu.

    Fikirlərimi dövlətimizin başçısının xalqa müracətindən aşağıdakı fikirlə tamamlayıram: “Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimizi ürəkdən təbrik edirəm. Onların qəhrəmanlığı, şücaəti nəticəsində bu gün bizim doğma torpaqlarımız bizə qayıdıb.

    Bu qanlı döyüşlərdə həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm. Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir!”. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!”


    Səmrah Seyfullayeva,
    LDU-nin III kurs tələbəsi
    PAYLAŞ:

    Oxşar xəbərlər