Vergi cərimələrindən daxil olan vəsaitin bir hissəsi "YAŞAT" Fonduna köçürüləcək

Vergi cərimələrindən daxil olan vəsaitin bir hissəsi "YAŞAT" Fonduna köçürüləcək
  • Cəmiyyət

  • Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

    LEQAL.AZ-ın xəbərinə görə, sənəd barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.

    O bildirib ki, vergi orqanları tərəfindən tətbiq edilən sanksiyalardan və cərimələrdən İqtisadiyyat Nazirliyinin hesabına daxil olan vəsaitin bir hissəsinin dövlət və ictimai əhəmiyyətli məqsədlərlə əlaqədar, o cümlədən "YAŞAT" Fonduna köçürülməsi üçün hüquqi imkanların yaradılmasını özündə ehtiva edir.

    Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər