Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin mövqelərini atəş tutması xəbəri yalandır

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin mövqelərini atəş tutması xəbəri yalandır
  • Cəmiyyət

  • Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələri istiqamətində atəş açılması barədə yayılan məlumata münasibət bildirib. 

    Qurumdan bildirilib ki, yayılan məlumat həqiqəti əks etdirmir:

    “Sentyabrın 28-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələri istiqamətində atəş açılması və nəticədə qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat həqiqətə uyğun deyil”.
    PAYLAŞ:

    Oxşar xəbərlər