Balakən və Zaqatalada sel gəlib

Balakən və Zaqatalada sel gəlib
  • Cəmiyyət

  • Sentyabrın 23-ü saat 13:00-a olan məlumata əsasən, bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir yağış yağıb, Balakən, Zaqatalada intensiv və güclü olub.

    Milli Hidrometeorologiya Xidmətindən LEQAL.AZ-a verilən məlumata görə, güclü yağış nəticəsində Balakənçay (Balakən), Katexçay Katex və Talaçayda (Zaqatala) hazırda sel və daşqın hadisəsi müşahidə olunur.

    Balakənçay məntəqəsində 144 mm, Balakəndə 137 mm (aylıq normanın 161 %-i), Əlibəydə 12 mm (aylıq normanın 100%-i), Zaqatalada 94 mm (aylıq normanın 110 %-i), Sarıbaşda (Qax) 3 mm, Qusar, Göygöldə 2 mm, Kişçay (Şəki), Astara, Xaltan, Quba, Şəki, Tovuz, Gəncə, Şəmkir, Naftalan, Daşkəsən, Şərurda 1 mm-dək olub.

    Sentyabrın 22-də cənub-şərq küləyi Ağstafada 20 m/s, Cəfərxan, Naftalan, Tərtərdə 18 m/s-dək güclənib.
    PAYLAŞ:

    Oxşar xəbərlər