Masallıda iki həkim məntəqəsi istifadəyə verilib

Masallıda iki həkim məntəqəsi istifadəyə verilib
  • Cəmiyyət

  • Sentyabrın 21-də Masallı rayonunun Musakücə və Yeddioymaq kəndlərində 9 otaqdan ibarət yeni tibb müəssisəsi sakinlərin istifadəsinə verilib.

    LEQAL.AZ-ın Cənub bürosunun verdiyi məlumata görə, açılış mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, şəhid və qazi ailələri, səhiyyə işçiləri və kənd sakinləri iştirak ediblər. 

    İcra başçısı bildirib ki, yeni səhiyyə ocağının ərsəyə gəlməsində Milli Məclisin deputatı Məşhur Məmmədovun övladı, Heydər Əliyev Fondunun gənc təmsilçisi Məntiq Məmmədovun xüsusi zəhməti vardır.

    Çıxış edən MM-in deputat Məşhur Məmmədov həmkəndlilərinə müraciət edərək, onların və öz adından kənd sakinlərinin əhalinin sağlamlığının qorunmasına göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

    Deputat bildirib ki, ağxalatlılar bundan sonra da nümunəvi çalışacaq, vətəndaşlara olan tibbi keyfiyyətləri yüksəldəcəklər. Xüsusən indiki ağır pandemiya şəraitində...

    Sonda kənd ziyalısı, həkimlər Ramiz Kazımov, Yeddioymaq kənd həkim məntəqəsinin baş həkimi Güloğlan Alışanov və başqaları çıxış edərək təşəkkürlərini bildiriblər.

    Qeyd edək ki, keçən ilin payızından tikintisinə başlanılan, 9 otaqdan ibarət yeni tibb müəssisəsi müasir tibbi ləvazimatlar və avadanlıqla təchiz edilib.

    PAYLAŞ:

    Oxşar xəbərlər