TƏBİB sədrinin səlahiyyətlərini bu şəxs əvəz edəcək - YENİLƏNİB

TƏBİB sədrinin səlahiyyətlərini bu şəxs əvəz edəcək - YENİLƏNİB
  • Cəmiyyət

  • “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrası Vüqar Cavanşir oğlu Qurbanova həvalə edilib.

    LEQAL.AZ xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib. 

    Bildirilib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev müvafiq əmr imzalayıb.

    Belə ki, V. Qurbanov hazırda Agentliyin Tibbi iddialar departamentinin rəhbəri vəzifələrini icra edir.

    Qeyd edək ki, TƏBİB-in əsas vəzifəsi tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğun formalaşdırmaq, tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etmək və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdir.
    PAYLAŞ:

    Oxşar xəbərlər