Sabah güclü külək əsəcək

Sabah güclü külək əsəcək
  • Cəmiyyət

  • Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən LEQAL.AZ-a verilən məlumata görə, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

    Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-22° isti, gündüz 24-27° isti, Bakıda gecə 20-22° isti, gündüz 25-27° isti olacaq.

    Atmosfer təzyiqi 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli, Böyük Qafqazın və Lənkəran-Astara zonasının bəzi yerlərində isə güclü olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 19-24° isti, gündüz 26-31° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər