“Türkiyəyə dəstək bizim mənəvi, əzəli və əbədi borcumuzdur”

“Türkiyəyə dəstək bizim mənəvi, əzəli və əbədi borcumuzdur”
  • Cəmiyyət

  • Məşhur Məmmədov: “Bütün varlığımızla qardaş dövlətin yanındayıq”

    FHN-nin yanğın-xilasetmə qüvvələri Türkiyənin müxtəlif bölgələrində yanğınlara qarşı fədakarcasına mübarizə aparır”
     
    Atıq bir neçə gündür ki, qardaş Türkiyə dövləti meşə yanğınlarına qarşı yorulmadan və qəhrəmancasına mübarizə aparmaqdadır. Bu mübarizənin ilk günündən Türkiyə xalqının yanında yer alan Azərbaycan dövləti, bu gün də qardaş ölkəyə bütün mümkün vasitələrlə dəstək verməkdə, istər maddi, istər mənəvi, istərsə də fiziki baxımdan hər cür fədakarlıq sərgiləməkdədir.
     
    LEQAL.AZ  xəbər verir ki, moderator-a açıqlama verən millət vəkili Məşhur Məmmədov Azərbaycan və Türkiyənin tarixin bütün mərhələlərində bir-birlərinə dəstək verdiyinə, bir-birlərinin yanında olduğuna diqqət çəkdi:
     
    “Azərbaycan və Türkiyənin tarixən bir-birlərinin yanında olduğu heç kimə sirr deyil. Elə bu səbəbdən də Türkiyə xalqı yəqin ki, meşə yanğınlarına qarşı mübarizədə dəstəyi də ilk növbədə bizdən gözləyirdi. Azərbaycan xalqı elə ilk dəqiqədən Türkiyənin yanında yer aldı və ona bütün mümkün vasitələrlə dəstək verdi. Hansı ki, bu dəstək bu gün də davam edir.
     
    Türkiyəyə dəstək bizim mənəvi, əzəli və əbədi borcumuzdur. Tarixə nəzər salsanız görərsiniz ki, Azərbaycan və Türkiyə bir-birinə tarixin bütün mərhələlərində dəstək verib, dar məqamda bir-birlərini taleyin ümidinə buraxmayıblar. Türkiyədəki meşə yanğınları zamanı da Azərbaycan xalqı, Azərbaycan dövləti qardaş ölkənin yanında yer almaqla onunla çiyin-çiyinə yanğınlara qarşı mübarizə aparmaqdadır.
     
    Əminəm ki, qardaş Türkiyə dövləti bu problemin öhdəsindən də qısa zamanda gələcək, bu sınaqdan da ləyaqətlə çıxacaqdır. Azərbaycan xalqı bütün varlığı ilə Türkiyənin yanındadır və bundan sonra da yanında olacaq.
     
    Mən Türkiyədəki yanğınlara qarşı qəhrəmancasına mübarizə aparan yanğınsöndürənlərimizin – Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşlarının fədakar əməyini də qeyd etmək istəyirəm. FHN-nin yanğın-xilasetmə qüvvələri Türkiyənin müxtəlif bölgələrində yanğınlara qarşı fədakarcasına mübarizə aparmaqdadır. Bununla bağlı qardaş Türkiyə mətbuatında da çoxasaylı məlumatlar işıq üzü görür. İnanıram ki, FHN-nin yanğın-xilasetmə qüvvələri bu mübarizədə böyük uğurlara nail olacaq, dövlətimiz adına yanğınlara qarşı mübarizəyə böyük töhfə bəxş edəcək”.
    PAYLAŞ:

    Oxşar xəbərlər