Ərdoğan: "Türkiyə-Gürcüstan-Azərbaycan fəaliyyət mexanizmi liderlər səviyyəsində canlandırılmalıdır"

Ərdoğan: "Türkiyə-Gürcüstan-Azərbaycan fəaliyyət mexanizmi liderlər səviyyəsində canlandırılmalıdır"
  • Cəmiyyət

  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Gürcüstanın Baş naziri İraki Qaribaşvili arasında telefon danışığı olub.

    Bu barədə LEQAL.AZ  Türkiyə mətbuatına istinadən xəbər verir.

    Məlumata görə, danışıqlarda Türkiyə-Gürcüstan münasibətləri, regional məsələlər diqqət mərkəzində olub. İraki Qaribaşvili Türkiyədəki meşə yanğınlarından təəssüfləndiyini bildirib. Ərdoğan isə öz növbəsində yanğına qarşı mübarizədə dəstəyə görə Qaribaşviliyə təşəkkür edib.

    Türkiyə-Gürcüstan strateji tərəfdaşlığının bu günlərdə daha da genişləndiyini qeyd edən Ərdoğan Gürcüstanı regional əməkdaşlığın açarı olaraq gördüyünü vurğulayıb.

    Regional nəqliyyat, elektrik xətlərinin səmərəliliyini və təhlükəsizliyini təmin etmək üçün birgə tədbirlərin əhəmiyyətini xüsusi vurğulayan Ərdoğan nazirlər və deputatlar tərəfindən uğurla həyata keçirilən Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli mexanizmini liderlər səviyyəsində də canlandırmaq arzusunu ifadə edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər