Mübariz Mənsimovun atası xəstəxanaya yerləşdirildi

Mübariz Mənsimovun atası xəstəxanaya yerləşdirildi
  • Cəmiyyət

  • Sosial mediada Mübariz Mənsimovun atasının səhhətinin ağır olduğu barədə məlumatlar yayılıb.

    LEQAL.AZ  aktualtv.az-a istinadın xəbər verir ki, “Palmali Holding”in mətbuat xidmətinin rəhbəri Fidan Guliyeva bu barədə açıqlama verib: “Bu xəbərlərə və saysız zənglərə aydınlıq gətirmək üçün son vəziyyəti deyirəm.

    Məlumat olaraq bildirmək istəyirəm ki, Mübariz Mənsimovun atası, Qurban Mənsimov 2 gün əvvəl səhhətinin kəskin ağırlaşması səbəbi ilə İstanbul xəstəxanalarının birinə yerləşdirilib. Vəziyyəti ağır olsada sonradan həkimlərin müdaxiləsindən sonra Qurban atanın vəziyyəti normallaşmağa doğru gedib.

    Hazırda Qurban Atanın vəziyyəti orta ağır olaraq dəyərləndirilir. Qurban ata hələ də həkimlərin nəzarəti altındadır.

    Çox ümüd edirik ki, Qurban Mənsimovun səhhəti tez bir zamanda normallaşar və xəstəxanadan çıxar.

    Bizə qalan isə dua etmək. Allah Qurban atanın şəfasını versin.

    Oğlu yanındaykən necə bayramları keçirmək arzusuyla bildirib”.

    PAYLAŞ:

    Oxşar xəbərlər