Ailəsi ilə barışmaq istəyən gənc hönkür-hönkür ağladı

Ailəsi ilə barışmaq istəyən gənc hönkür-hönkür ağladı
  • Cəmiyyət

  • ARB kanalında yayımlanan “Elgizlə izlə” verilişi daha bir ailə problemi müzakirə edilib.

    LEQAL.AZ  xəbər verir ki, studiyaya gələn Hachümməd adlı şəxs onu tərk edən həyat yoldaşı ilə barışmaq istədiyini bildirib.

    O, efir vasitəsilə arvadı Aytənə müraciət edib: “Aytən, ailəmin bərpası üçün hazıram. Ailəmi dağıtmaq istəmirəm. Mən səni sevib almışam, sən də məni sevib gəlmisən”.

    Bundan sonra Hachümməd göz yaşlarına hakim ola bilməyib. O kiçik övladının onda qaldığını və onu anasına verməyəcəyini bildirib.

    “Balaca övladım məndə qalıb. Anası polislərlə gələndə o mənim boynuma sarıldı. “Ata məni buraxma” dedi. Bir gün ondan ayrı qala bilmirəm. Mən necə onu anasına verim? Bütün qazancımı onlara verirdim. Aliment verməyə razıyam, amma uşağımı verə bilmərəm. Axı mən onu niyə anasına verim? Uşaqsız necə yaşayım? O var deyə yaşayıram, o yoxdursa neynirəm yaşayıb? Ondan bir saniyə belə ayrı qala bilmərəm”.

    Qeyd edək ki, Aytən həyat yoldaşı Hachümmədin onu döydüyünü və küçələrdə diləndirdiyini iddia edib. Aytən skalyoz xəstəsidir. Cütlüyün iki övladı var.


    BAKU.WS
    PAYLAŞ:

    Oxşar xəbərlər