"Könüllü jurnalist" layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib

"Könüllü jurnalist" layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib
  • Cəmiyyət

  • İyulun 13-ü Azərbaycan İdman Jurnalistləri Federasiyası və Azərbaycan İdman Könüllüləri ictimai birliyinin birgə təşkilatçılığı ilə keçirilən "Könüllü jurnalist" layihəsinin təlimçilərinin və iştirakçılarının təltifetmə mərasimi keçirildi.

    Mərasimdə Federasiyanın prezidenti Qabil Mehdiyev, Birliyin sədri Miraqil Seyidzadə, peşəkar idman jurnalistləri - Mahir Rüstəmli, Firuz Abdulla, Vüqar Zeynalov, Sənan Şəfizadə, Elşən Məmmədov və idman könüllüləri iştirak etdi.

    Tədbirdə çıxış edən Federasiyanın prezidenti Qabil Mehdiyev və Birliyin sədri Miraqil Seyidzadə "Könüllü jurnalist" layihəsinə təlimçi kimi dəstək olan dəyərli jurnalistlərə təşəkkür edərək onların əməyini yüksək qiymətləndirdi və iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzuladı.

    Sonda jurnalistlərə və layihəni uğurla tamamlamış həvəskar jurnalistlərə təşəkkürnamələr və sertifikatlar təqdim edildi.


    Müəllif: LEQAL.AZ

    PAYLAŞ:

    Oxşar xəbərlər