Baş Prokurorluq birinci yarımildə 540 məlumat hazırlayaraq veb-saytında və sosial media səhifələrində yerləşdirib

Baş Prokurorluq birinci yarımildə 540 məlumat hazırlayaraq veb-saytında və sosial media səhifələrində yerləşdirib
  • Cəmiyyət

  • Baş Prokurorluğun mətbuat xidməti tərəfindən 2021-ci ilin birinci yarımilində prokurorluğun fəaliyyətindəki yeniliklər, ictimai maraq kəsb edən cinayət hadisələri, habelə Baş Prokurorluğun rəhbərliyinin işgüzar görüşləri və səfərləri barədə 540 məlumat hazırlanaraq Baş Prokurorluğun veb-saytında və sosial media səhifələrinə yerləşdirilib, eyni zamanda, kütləvi informasiya vasitələrinə yayılması təmin edilib.

    Bu barədə LEQAL.AZ-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

    Xatırladaq ki, prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə

    Baş Prokurorluğu tərəfindən kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununregemi həştəqi ilə məlumatlar yerləşdirilir.

    Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.
    PAYLAŞ:

    Oxşar xəbərlər