"Azəriqaz"da yeni mətbuat katibi

"Azəriqaz"da yeni mətbuat katibi
  • Cəmiyyət

  • "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətində kadr dəyişikliyi olub.

    LEQAL.AZ xəbər verir ki, mia.az-ın məlumatına görə, birliyin rəisi Ruslan Əliyevin əmri ilə İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərov vəzifəsindən azad edilib.
     
    Digər əmrlə tanınmış telejurnalis, "Space" TV-də Xəbərlər Xidmətinin baş redaktoru Eldəniz Vəliyev sözügedən vəzifəyə təyin olunub.
     
    Xəbər "Azəriqaz"dan təsdiqlənib.
     
    Qeyd edək ki, E.Vəliyev "Space"dən əvvəl ANS, ATV-də və digər media qurumlarında işləyib.
     
    "Space" TV-də Xəbərlər Xidmətinin baş redaktoru vəzifəsi isə jurnalist Zahid Nurəliyevə həvalə olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər