Cəlilabad Xalq teatrının aktyoru Buludxan Buludov ”Fəxri Fərman”la təltif olunub

Cəlilabad Xalq teatrının aktyoru Buludxan Buludov ”Fəxri Fərman”la təltif olunub
  • Cəmiyyət

  • Cəlilabad Xalq teatrının aktyoru Buludxan Əşrəf oğlu Buludov teatr sahəsindəki xidmətlərinə görə Masallı Regional Mədəniyyət İdarəsinin "Fəxri Fərman"ı ilə təltif olunub. İyulun 6-da İdarə rəisi Bəxtiyar Qılıncov adıçəkilən fəxri mükafatı sahibinə təqdim edib.

    İdarə rəisi təltifetmə mərasimində səhnə ustasını təbrik edərək ona yeni yaradıcılıq uğurları arzulayıb. Rəis çıxışında bildirib ki, mədəniyyət sahəsində çoxillik fəaliyyəti və xüsusi xidmətləri ilə fərqlənən əməkdaşların əməyinin qiymətləndirilməsi İdarə tərəfindən diqqət mərkəzində saxlanılır. Əlavə olunub ki, müvafiq sahənin inkişafına əmək sərf etmiş mədəniyyət işçilərinin xidmətləri bundan sonra da dəyərləndiriləcək.

    Sənətinə verilən dəyərə görə İdarə rəhbərliyinə minnətdarlıq ifadə edən B. Buludov, təmsil olunduğu incəsənət sahəsinin inkişafına xidmət etdiyini, bu istiqamətdə böyük məsuliyyət və səylə çalışacağını deyib.

    Məlumat üçün bildirək ki, B. Buludov 1986-cı ildən teatr sahəsində fəaliyyət göstərir. O, Sovet İttifaqı və müstəqillik dönəmlərində teatr festival və müsabiqələrində səhnə kollektivlərinin tərkibində uğurla çıxış edib, fərqli nominasiyalar üzrə fəxri yerlərə layiq görülüb. Bir çox yaddaqalan və parlaq səhnə obrazları yaradan B. Buludov, dəfələrlə müxtəlif mükafatlarla təltif olunub.

    Müəllif:
    Əlihüseyn ŞÜKÜROV.

    PAYLAŞ:

    Oxşar xəbərlər